Modern.az

Respublikanın baş hərbi komissarı vəzifəsini kim tutacaq?

Respublikanın baş hərbi komissarı vəzifəsini kim tutacaq?

4 İyul 2011, 14:55


Respublikanın baş hərbi komissarı vəzifəsi 2009-cu ilin noyabrından boşdur. O vaxtdan indiyədək həmin vəzifəni baş hərbi komissarın müavini Ramiz Məmmədov icra edir. O, həm də Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının sədridir.

Respublikanın baş hərbi komissarı vəzifəsinə təyinat niyə yubanır? Həm Müdafiə Nazirliyi, həm də Respublika Hərbi Komissarlığından məsələyə münasibət bildirməkdən imtina ediblər. Hər iki qurumdan Modern.az-a yalnız onu bildiriblər ki, sözügedən vəzifəyə təyinatı ölkə başçısı həyata keçirdiyindən bu barədə əlavə heç nə bilmirlər. Eyni zamanda həmin vəzifənin ləğv olunacağı barədə məlumatlar da təkzib olunub.

Hərbi mənbələrdən Modern.az-a verilən məlumata görə isə, nəhayət yaxın vaxtlarda baş hərbi komissar vəzifəsinə təyinat gerçəkləşəcək. Mənbənin məlumatına görə, bu vəzifəyə yeni təyinatın hələ 26 iyun Silahlı Qüvvələr günü ərəfəsində olacağı gözlənilirmiş.

“Baş hərbi komissar vəzifəsinə indiyədək mətbuatda adı tez-tez hallandırılan hərbçilərdən biri deyil, çoxlarının gözləmədiyi şəxs gətiriləcək”-deyə hərbi mənbə qeyd edib.

Xatırladar ki, mətbuat indiyədək bu strateji posta baş hərbi komissarıın müavini Ramiz Məmmədovun, Mərkəzi Ordu İdman Klubunun rəhbəri Natiq Əliyevin, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının (KHVTİC) sədri Novruzəli Orucovun, ge­ne­rallar Röv­şən Ək­bə­rovun, Nəc­məd­din Sa­dı­xo­vun adlarını çəkib.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü