Modern.az

Astaralıdan 3 kiloqram tiryək götürüldü

Astaralıdan 3 kiloqram tiryək götürüldü

16 Yanvar 2018, 23:40

Astara rayonunda 3 kq tiryək dövriyyədən çıxarılıb. Modern.az APA-ya istinadən xəbər verir ki, Astara rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini, 37 yaşlı  Ramin Kərim oğlu Quliyevin üzərindəki bağlamada 1 kiloqramdan çox narkotik vasitə olan tiryək aşkar edilib. Saxlanılan şəxsin evində keçirilən baxış zamanı zirzəmidən daha 2 kq narkotik tiryək aşkarlanaraq götürülüb.

 

O, istintaqa verdiyi ifadəsində narkotik vasitəni Afşin adlı İran vətəndaşının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiyini söyləyib. Ramin Quliyevin sözlərinə  görə, o, qabaqcadan razılaşdıqları kimi, dəniz sahilində gizlədilən narkotik vasitəni götürərək evinə gətirib. Daha sonra o satış məqsədilə müəyyən hissəsini götürüb və əməliyyatçılar tərəfindən şəhər ərazisində yaxalanıb.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!