Modern.az

Səfirdən AÇIQLAMA: Fransanın Qarabağla bağlı mövqeyi dəyişməyib

Səfirdən AÇIQLAMA: Fransanın Qarabağla bağlı mövqeyi dəyişməyib

Aktual

18 Yanvar 2018, 16:17

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Fransanın mövqeyi dəyişməzdir".

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Fransanın Yerevandakı səfiri Conatan Lakot deyib.

 

O bildirib ki, münaqişənin həllinə yönəlmiş istənilən görüş bizim üçün arzuolunan və gözləniləndir. "Bu məsələ yalnız danışıqlar yolu ilə həll edilə bilər”.

 

Qeyd edək ki, bu gün Polşanın Krakov şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə, daha sonra isə erməni həmkarı Edvard Nalbandyanla görüşü keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!