Modern.az

Tramp “Samsung”u ittiham etdi

Tramp “Samsung”u ittiham etdi

Aktual

29 Yanvar 2018, 14:58

ABŞ prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunda (FBI) yaranan problemlərdən danışıb.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki  Tramp FBI agentləri arasında göndərilən minlərlə mesajın yoxa çıxmasında “Samsung” şirkətini günahlandırıb.

 

Onun sözlərinə görə 50 mindən çox mesajın qalıcı olaraq silinməsinin səbəbkarı Cənubi Koreyanın texnologiya lideridir.

 

FBI tərəfindən istifadə olunan ağıllı telefonları istehsal edən “Samsung” isə mövzu barədə səssiz qalmağa davam edir.

“Samsung”dan hələ rəsmi açıqlama gəlməsə də digər qaynaqlara görə yaranan problemə proqramdakı xətanın yol açdığı bildirilir. ABŞ-ın Ədalət Nazirliyinin paylaşdığı məlumatlar da bu iddiaları təsdiq edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi