Modern.az

Selfi çəkmək istəyən sevgililəri qatar vurub öldürdü

Selfi çəkmək istəyən sevgililəri qatar vurub öldürdü

Aktual

9 Fevral 2018, 12:16

Taylandın Banqkok şəhərində iki sevgilinin selfi çəkməyə cəhd etməsi faciə ilə nəticələnib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, 24 yaşlı gənc xanım sevgilisi ilə şəkil çəkdirmək üçün Semsan stansiyasındakı qatar yoluna düşüb.

 

Bu vaxt onlar arxadan gələn qatarı görə bilməyiblər. Qatarın zərbəsi ilə ağır yaralanan sevgililər xəstəxanaya çatdırılıblar. Amma qadının həyatını xilas etmək mümkün olmayıb. Sevgilisinin vəziyyəti ağır olaraq qalır.

 

Faktla bağlı araşdırma aparılarkən məlum olub ki, hadisə vaxtı onların hər ikisi içkili olub.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…