Modern.az

Türkiyədə daha 17 İŞİD üzvü yaxalandı

Türkiyədə daha 17 İŞİD üzvü yaxalandı

Dünya

10 Fevral 2018, 19:51

Türkiyənin hüquq-mühafizə orqanları ölkədə terror aktı planlaşdıran daha 17 nəfəri saxlayıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəfə paytaxt Ankarada terror aktı planlaşdıran 17 İŞİD üzvü yaxalanıb.

Qeyd edək ki, bundan öncə İstanbulun 3 rayonunda keçirilən xüsusi əməliyyat zamanı daha 31 terrorçu saxlanılıb. Saxlanılanların hamısı xarici ölkə vətəndaşlarıdır.

 

Türkiyənin hüquq-mühafizə orqanları indiyədək İŞİD-lə əlaqədə şübhəli bilinən 5 mindən çox şəxsi saxlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir