Modern.az

İlham Əliyev Donald Trampa məktub göndərdi

İlham Əliyev Donald Trampa məktub göndərdi

Aktual

15 Fevral 2018, 14:09

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı verib.

 

Modern.az xəbər verir ki, başsağlığında deyilir:

 

"Hörmətli cənab Prezident, Florida ştatının Parklend şəhərində məktəbdə törədilmiş silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

 

Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!