Modern.az

Azərbaycan Rusiyadan 5 vaqondan ibarət iki metro qatarı alır

Azərbaycan Rusiyadan 5 vaqondan ibarət iki metro qatarı alır

Aktual

18 Fevral 2018, 20:59

Rusiyanın "Metrovaqonmaş" şirkəti Azərbaycana "81-765/766" modelində 5 vaqondan ibarət iki metro qatarı satacaq. Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Metrovaqonmaş" şirkətinin tərkibinə daxil olduğu "Transmaşxoldinq" məlumat yayıb.

 

Vaqonların istismar müddəti 31 ildir. İlk qatarın Bakıya bu ilin martında çatdırılması planlaşdırılıb. Müqavilə üzrə ikinci qatar da 2018-ci ildə Bakıya çatdırılmalıdır.

 

Qeyd edək ki, "Metrovaqonmaş" şirkəti 1967-ci ildən "Bakı Metropoliteni" QSC-ni vaqonlarla təmin edir. Hazırda "Bakı Metropoliteni"ndə bu şirkətin istehsalı olan 280 vaqon var. Sonuncu dəfə Bakıya "81-760.B/761.B/763.B" modelində hər birində 5 vaqon olmaqla, 3 qatar gətirilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!