Modern.az

Nazir müavini borcların silinməsindən DANIŞDI

Nazir müavini borcların silinməsindən DANIŞDI

Aktual

20 Fevral 2018, 11:55

“Bu qanun layihəsi sahibkarlığın inkişafı üçün nəzərdə tutulub. Bu borclar sahibkarlıq fəaliyyətinə əngəl törədir. 2003-cü illə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar təxminən 9.4 dəfə artıb.

 

Amma məcburi ödənilməyən borclar da var. Bu borclar 1 yanvar 2018-ci il tarixinədək təxminən 364 milyondan çoxdur”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Əmək və sosial siyasət komitəsinin birgə iclasında “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

 

Nazir müavini bildirib ki, bunun da 282.6 milyonu əsas məbləğ təşkil edir, 81.8 milyon manatı isə sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilən sanksiyalar və cərimələrdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır