Modern.az

"Xocalı dəhşətləri hamımızın yaddaşındadır" - ABŞ səfiri

"Xocalı dəhşətləri hamımızın yaddaşındadır" - ABŞ səfiri

Aktual

23 Fevral 2018, 16:04

"Xocalıda baş vermiş dəhşətlər hamımızın yaddaşındadır".

 

Modern.az-ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

 

Səfir qeyd edib ki, ABŞ tərəfindən maliyyələşdirilən məcburi köçkün övladları üçün təhsil proqramı Xocalı faciəsinin ildönümü ərəfəsində bir qədər də əhəmiyyət kəsb edir:

 

“Bu gün bizim məqsədimiz təkcə keçmişdə olanları unutmamaqdan ibarət deyil, həm də gələcəyə baxmaq və öz gələcəyimizə investisiya qoymaqdır. Bu baxımdan hesab edirəm ki, uşaqların təhsilinə göstərilən kömək çox vacibdir”.

 

Qeyd edək ki, ABŞ səfirliyi məcburi köçkün övladlarının təhsilini dəstəkləyən “Bilik qüvvədir” layihəsinə start verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü