Modern.az

Astarada mənzildən 12000 dollar oğurlayanlar tutuldu  

Astarada mənzildən 12000 dollar oğurlayanlar tutuldu  

Aktual

2 Mart 2018, 17:06

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən oğurluq edən şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə Astara sakini Elman Novruzov fevralın 27-də Rayon Polis Şöbəsinə müraciət edərək, şəhərin Səməd Vurğun küçəsində yerləşən evindən 12000 dollar və 335 avro oğurlanması barədə məlumat verib. Hadisə axşam saatlarında sahibinin evdə olmadığı vaxt baş verib.

Təxirəsalınmaz əməliyyat tədbirləri ilə oğurluğu törədən şəxslər aşkarlanaraq polis tərəfindən saxlanılıb. Faktı törədənlərin elə qonşuluqda yaşayan Astara sakinləri Kənan Bayramlı və Kənan Novruzov olduğu müəyyən edilib. Oğurlanan pulların hamısı onlardan aşkar edilərək sahibinə qaytarılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır