Modern.az

Kievdə qumbaralar partladı, yaralılar var

Kievdə qumbaralar partladı, yaralılar var

Aktual

7 Mart 2018, 12:52

Kievdə "Лесная"  metro stansiyası yaxınlığında partlayış baş verib. Modern.az xəbər verir ki, barədə Ukrayna KİV-i məlumat yayıb.

 

Polisin məlumatına görə naməlum şəsx maşına əl qumbaraları atıb və hadisə yerindən qaçıb.

Partlayış Brovarsk prospektində baş verib. Partlayış nəticəsində Toyota markalı avtomobil tamamilə yanıb. Ən son məlumatlara görə ən azı bir nəfər yaralanıb. Həmin şəxs qəlpə yaraları ilə reanimasiyaya götürülüb. Zərərçəkənlər haqda tam məlumat yoxdur.

 

Hal-hazırda ərazidə Ukrayna Fövqəladə Hallar Xidmətinin əməkdaşları, yol polisi əməkdaşları və kriminoloqlar çalışır.

Hadisənin kriminal hesablaşma olduğu düşünülür.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi