Modern.az

Türkiyə müdafiə nazirinin müavini “Zeytun budağı”əməliyyatı haqda Modern.az-a DANIŞDI

Türkiyə müdafiə nazirinin müavini “Zeytun budağı”əməliyyatı haqda Modern.az-a DANIŞDI

Aktual

9 Mart 2018, 15:33

“Türkiyə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı”əməliyyatını beynəlxalq hüquq çərçivəsində aparır və bu, özünümüdafiə xarakteri daşıyır. Əməliyyat bütün terror təşkilatlarına qarşı və onların təhdidlərini sonlandırmaq üçün aparılır”.


Bu sözləri Modern.az-a ekslüziv açıqlamasında Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay deyib.


O bildirib ki, “Zeytun budağı” əməliyyatı Türkiyənin beynəlxalq sənədlərdən irəli gələn hüquqlarına uyğun olaraq başladılıb.

 

“Birləşmiş Millətlər Təşkilatının (BMT) terrorçuluq əleyhinə və BMT Konvensiyasının özünümüdafiə hüququnu nəzərdə tutan bir sıra qərarları var.

 

Türkiyə bu əməliyyatı başladarkən  BMT Konvensiyasının özünümüdafiə hüququnu nəzərdə tutan 51-ci maddəsini,  Təhlükəsizlik Şurasının terrorla əlaqədar qərarlarını və beynəlxalq hüquqdan qaynaqlanan haqlarımızı əsas tutub. “Zeytun budağı”əməliyyatı çərçivəsində  mülki əhaliyə zərər verməmək istiqamətində səylərimizi uğurla davam etdiririk”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!