Modern.az

Estoniyanın baş naziri Rusiyaya səfərini ləğv edib

Estoniyanın baş naziri Rusiyaya səfərini ləğv edib

Dünya

16 Mart 2018, 13:38

Estoniyanın Baş naziri Yuri Ratas “Skripal işi” ilə əlaqədar Rusiayanı Krasnoyarsk şəhərinə  səfərini ləğv edib. Modern.az xəbər verir ki, bu barədə “Delfi” xəbər agentiliyi məlumat yayıb.

“Son zamanlar, Beynəlxalq hadisələrlə əlaqədar, Baş nazir Krasnoyarska getməyin mümkün olmadığını qərara qlıb” – baş nazirin mətbuat katibi Urmas Seaver məlumat verib.

 

Ratasın Krasnoyarskda martın 16-21 tarixlərində keçiriləcək Estoniya mədəniyyət günlərini ziyarət etməli olduğu bildirilirdi.

Həmçinin Estoniya baş naziri “Skripal işi”nə də münasibət bildirib.

“Estoniya martın 4-də Böyük Britaniyada zəhərlənmə ilə nəticələnən və insanların həyatına təhlükə yaradan kimyəvi silahdan istifadə hadisəsinə görə dərin narahatçılıq keçirir. Bu, İkinci Dünya Müharibəsindən sonra kimyəvi silahın istifadə olunduğu ilk belə haldır. Beynəlxalq normalar kobud şəkildə pozulub.”- Ratas bəyan edib.

Qeyd etmək lazımdır ki, Estoniyanın baş naziri artıq bu il ərzində Böyük Britaniya, İrlandiya, Finlandiya, İsveç və Latviyada təşkil  olunmuş Estoniyanın 100 illiyi tədbirlərinə qatılıb.

 

Əvəz ZEYNALOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!