Modern.az

Gəncədə Arif Babayevin 80 illik yubileyi qeyd edildi

Gəncədə Arif Babayevin 80 illik yubileyi qeyd edildi

Aktual

28 Mart 2018, 12:43

Gəncə Dövlət Filarmoniyasının solisti Gülay Zeynalova, Respublikanın əməkdar artistləri Babək Niftəliyev, Teyyar Bayramov, Gülündan Əliyeva, Xalq artistləri Gülyanaq Məmmədova, Mənsur İbrahimov, Şahnaz Haşımova, Nəzakət Teymurovanın ifasında xalq mahnıları, təsniflər və muğamlar səsləndirilib.

 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev konsert iştirakçılarını salamlayaraq Gəncə Dövlət Filarmoniyasında keçirilən 80 illik yubiley münasibəti ilə Xalq Artisti Arif Babayevi təbrik edib. Ölkədə və onun hüdudlarından kənarda muğamın tanıdılmasında, inkişafında əvəzolunmaz roluna görə Xalq Artistinə təşəkkürünü bildirən şəhər rəhbəri bu yolda ona uğurlar arzu edərək "Fəxri Fərman" və hədiyyə təqdim edib.

 

Xalq Artisti Arif Babayev konsert iştirakçılarını salamlayaraq mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. İsti münasibət üçün gəncəlilərə minnətdarlıq edən Arif Babayev yaxın zamanlarda Nizami yurdunda konsert proqramı ilə çıxış edəcəyini qeyd edib.

 

Qeyd edək ki, Xanəndə, 1988-ci ildə xalq artisti, 1996-cı ildə professor, 1998-ci ildə “Şöhrət” və 2008-ci ildə “İstiqlal” ordenlərinə layiq görülüb. Arif Babayev XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biridir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir