Modern.az

Rusiyalı ekspertdən XƏBƏRDARLIQ: “Bu addım Yerevan üçün özünəqəsd olacaq”

Rusiyalı ekspertdən XƏBƏRDARLIQ: “Bu addım Yerevan üçün özünəqəsd olacaq”

Qarabağ

29 Mart 2018, 11:32

Ermənistan müdafiə nazirinin müavini David Paxçanyan ABŞ-ın Rusiya ilə hərbi sənaye sferasında əməkdaşlıq edən ölkələrə qarşı sanksiya tətbiq edə biləcəyi ilə bağlı məsələni şərh edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paxçanyan Ermənistanın öz maraqlarını təmin etməli olduğunu xatırladıb.

Moskva Beynəlxalq Əlaqələr İnstitutunun Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov isə Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığa görə tənqid olunmasını düzgün saymır. Onun fikrincə, rəsmi Yerevanın Rusiyadan başqa silah almaq üçün tərəfdaşı yoxdur.

“Ermənistana Rusiyadan silah almamağı tələb etmək, özünə qəsd etməyi təklif etmək kimi bir şeydir. Konqresmenlərə başa salmaq lazımdır ki, Yerevan çıxılmaz vəziyyətdədir və ABŞ silah məsələsində ona yardım edə bilməyəcək”.

 

Bununla belə, ekspert ABŞ-ın sanksiyalarının ölkəyə ciddi ziyan vurmayacağı fikrindədir.

“Avrasiya Birliyinin üzvü kimi Ermənistan ciddi ziyan görməyəcək. Onun ABŞ-la ticarət əlaqələri elə də böyük deyil. Amma Vaşinqtona cavab olaraq İranla əlaqələr genişlənə, amerikalı diplomatlar Yerevandan qovula bilər”.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü