Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermədə Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan müraciətlərin sayı açıqlanıb.
MSK-nın Media və ictimai əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, səsvermə başlayan andan - saat 08:00-dan səsvermə başa çatanadək - saat 19:00-dək quruma 300-ə yaxın müraciət daxil olub.
Bildirilib ki, bunlar sorğu xarakterlidir, şikayət xarakterli məlumat daxil olmayıb.