Modern.az

Britaniya İŞİD-ə qarşı kiber-müharibə elan etdi

Britaniya İŞİD-ə qarşı kiber-müharibə elan etdi

Dünya

12 Aprel 2018, 22:43

Böyük Britaniya xüsusi xidmət orqanları İŞİD terrorçu qruplaşmasına qarşı irimiqyaslı kiberhücum kampaniyasına başlayıb.

Modern.az  xəbər verir ki, bu barədə “GCHQ” kəşfiyyat agentliyinin direktoru Ceremi Fleminq açıqlama verib.

Fleminqin sözlərinə görə, virtual əməliyyatlar nəticəsində artıq qruplaşmanın terror hücumlarını əlaqələndirmək imkanlarına və təşkilatın virtual təbliğat “maşınına”  ağır zərbə vurulub.

Qeyd edək ki, Fleminq bir müddət əvvəl Britaniyanın “MI15” kəşfiyyat xidmətində agent qismində xidmət edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!