Modern.az

Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək

Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək

Aktual

23 Aprel 2018, 23:22

Azərbaycan prezidenti İlham Əliyev aprelin 24-25-də Türkiyəyə səfər edəcək.

 Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Prezident İlham Əliyevin VII Türkiyə- Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəyi bildirilir.

Səfər çərçivəsində iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!