Modern.az

Musa Tükənovun oğlu: “Atama qarşı ittiham öz təsdiqini tapmır”  

Musa Tükənovun oğlu: “Atama qarşı ittiham öz təsdiqini tapmır”   

24 Aprel 2018, 13:39

“Atama qarşı irəli sürülən ittiham öz təsdiqini tapmır”.

 

Bu sözləri Modern.az-a açıqlamasında  Azərbaycan Vahid Kommunist Partiyasının sədri, “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Musa Tükənovun oğlu Akif Tükənov deyib.

O bildirib ki, vaxtilə şikayət edənlər indi rüşvət vermədiklərini deyirlər.

“Vaxtilə “Musa bizdən rüşvət alıb” deyən şikayətçilər indi məhkəmədə deyirlər ki, “Biz istintaqa elə ifadə verməmişik”. Onlar deyiblər ki, “biz rüşvət verməmişik, öz təşəbbüsümüzlə “Azərbaycan Karlar Cəmiyyəti”nə yardım məqsədilə pul vermişik”. Amma onların pul verməyi təstiq olunmayıb. Musa Tükənova qarşı verilən ittihamların heç biri öz təstiqini tapmır”.

Akif Tükənov deyib ki, “üzəduranlar” Musa Tükənova rüşvət vermədiklərini etiraf edirlər.

“Onlar “biz ümumiyyətlə rüşvət verməmişik, bizim istintaqda verdiyimiz ifadə başqa cür yazılıb” deyirlər.Yəni ortada rüşvət verilməyi yoxdur. Güya, Musa Tükənov rüşvət aldığına görə həbs edilib, amma rüşvəti verən ortaya çıxmır. Hakim, “rüşvət alan varsa, verən də var. Bəs rüşvət verən hardadır?” soruşur. İstintaq “Azərbaycan Karlar Cəmiyyəti”ni zərərçəkən kimi təqdim edir, amma cəmiyyətdən deyirlər ki, “Musa Tükənov bizə heç bir zərər verməyib. Məhkəmədən ədalətli qərar gözləyirik””.

 

Atasının səhhətindən danışan Akif Tükənov onun səhhətinin yaxşı olmadığını deyib:

“Atam iki dəfə infarkt keçirib, şəkər xəstəsidir. Onun səhhətinə diqqət etmək lazımdır, amma həbsxana şəraitində bu mümkün deyil”.

 

Qeyd edək ki, ötən ilin noyabrında 3 nəfər əlil şəxs Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Musa Tükənovdan şikayət edib.

 

Həmin şəxslər şikayətlərində bildiriblər ki, M.Tükənov onlardan pul alıb və geri qaytarmayıb. Həmin faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb.

 

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə M.Tükənov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!