Malaziyanın sabiq baş naziri Nəcib Razakın mənzilində aparılan axtarışlar zamanı ən azı 120 milyon ringit (30 milyon dollar) pul tapılaraq müsadirə olunub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 çemodanda tapılan pullar saxlanılması üçün Malaziya Mərkəzi Bankına gətirilib.
Razakın mənzilindən 284 müxtəlif zinət əşyası və saat da tapılıb. Nəcib Razak 2009-2018-ci illər ərzində Malaziyanın baş naziri postunu tutub.