Modern.az

“Exo” qəzeti bağlanmamaq üçün pul tapa bilmədi…

“Exo” qəzeti bağlanmamaq üçün pul tapa bilmədi…

Media

24 May 2018, 11:43

“Exo” qəzetinin baş redaktoru və tanınmış jurnalist Rauf Talışinskinin ölümündən sonra onun rəhbərlik etdiyi qəzetin  fəaliyyətini dayandıracağı bildirilirdi. Qeyd edilirdi ki, qəzetin və saytın bağlanmasına səbəb maliyyə çatışmazlığıdır.

Həmçinin kollektiv Rauf Talışinskinin ölümündən sonra başqa şəxsin baş redaktor olmasını qəbul etmir.

Qəzetin aqibəti necə oldu? “Exo” həqiqətən bağlanır?


Modern.az
saytının əməkdaşı bu gün “Exo”nun redaksiyası ilə əlaqə yaradıb. Təsərrüfat və inzibati şöbənin müdür müavini Ramazan Bağırov saytımıza açıqlamasında deyib ki, “Exo” qəzeti son buraxılışdan sonra fəaliyyətini dayandıracaq:


“Ayın 26-sı “Exo”nun son buraxılışı dərc olunacaq. Bundan sonra qəzet artıq bağlanır”.

Qeyd edək ki, respublikanın əməkdar jurnalisti, "Exo" qəzetinin baş redaktoru Rauf Talışinski (Talışinski Rauf Rəfail oğlu) ömrünün 62-ci ilində dünyasını dəyişib. “Exo” qəzeti isə 2001-ci ilin yanvarında təsis edilib və tək Azərbaycanda deyil, onun sərhədlərindən kənarda xüsusi populyarlıq qazanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?