Modern.az

“Real”, yoxsa “Liverpul”: Çempion kim olacaq? 

“Real”, yoxsa “Liverpul”: Çempion kim olacaq? 

Aktual

26 May 2018, 22:50

Bir qədər əvvəl Kiyevdə UEFA Çempionlar Liqasının final qarşılaşması başlayıb.

 

"Real Madrid"in start heyətində meydana Navas, Karvaxal, Serxio Ramos, Rafael Varan, Kriştiano Ronaldo, Toni Kroos, Kərim Benzema, Luka Modriç, Marselo, Kasemiro, İsko çıxıblar.

 

"Liverpul" komandasının ilk "11-liyi"ndə isə Karius, Van Diyk, Viynaldum, Lovren, Milner, Firmino, Məhəmməd Salah, Henderson, Mane, Robertson, Alexander-Arnold yer alıblar.

 

Xatırladaq ki, "Real Madrid" UEFA Çempionlar Liqasında indiyədək 12 dəfə, "Liverpul" isə 5 dəfə qalib gəlib. Bu görüş komandaların avrokubokların finalında ikinci qarşılaşmasıdır. "Liverpul" Avropa çempionlar kubokunun 1980-1981-ci il mövsümünün Parisdə keçirilən final görüşündə "Real"ı 1:0 hesabı ilə məğlub etmişdi.

 

UEFA Çempionlar Liqası

Final

26 may

22:45. "Real" (İspaniya) - "Liverpul" (İngiltərə)

Baş hakim: Milorad Maziç (Serbiya)

Kiyev, Olimpiya stadionu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!