Modern.az

Putin və Çin lideri ABŞ-a qarşı bəyanata qol çəkdilər

Putin və Çin lideri ABŞ-a qarşı bəyanata qol çəkdilər

Dünya

8 İyun 2018, 15:12

Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Tzinpin ABŞ-ı qınayan birgə bəyanat imzalayıblar.

 

Modern.az “Ria Novosti”yə istinadən xəbər verir ki, liderlər bəyanatda əsasən ABŞ-ın nüvə razılaşmasından birtərəfli qaydada çıxmasını qınayıblar.

 

Sənəd Rusiya prezidentinin Çinə səfəri zamanı liderlərin birgə görüşündə imzalanıb.

Onlar bəyanatda həm də ABŞ tərəfinin Avropa və Asiyada “raket təhlükəsi bəhanəsi” ilə RƏS-lərin (Raket Əleyhinə Sistem) quraşdırılmasına da diqqət çəkiblər.

 

Görüş zamanı Rusiya və Çin arasında bir sıra yeni layihələr barəsində razılıq əldə olunub.

Əsasən uzaqmənzilli magistral təyyarələrin və ağır helikopterlərin birgə istehsalı planlaşdırılır.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır