Modern.az

Millət vəkilindən işğaldan azad edilən kəndlə bağlı təklif

Millət vəkilindən işğaldan azad edilən kəndlə bağlı təklif

9 İyun 2018, 23:59

“Ordumuzun Naxçıvan ərazisindəki son qələbəsi bir nəfər kimi hər bir vətəndaşın qürur mənbəyi olmalıdır. Unutmayaq ki, qarşıda bizi daha parlaq qələbələr gözləyir”. Modern.az xəbər verir ki. bu fikirləri millət vəkili Adil Əliyev Naxçıvan istiqamətində düşmən nəzarətindən azad edilən Günnüt kəndi və digər yüksəkliklərlə bağlı qeyd edib.

O bildirib ki, Naxçıvan qələbəsi digər işğalda olan torpaqlarımızın, yurd yerlərimizin, Qarabağın, Göyçənin, Vedibasarın, Zəngəzurun, Dərələyəzin azadlığına aparan yoldur:

“Bu kimi qələbələr dövlətimizi, xalqımızı, ordumuzu daha xoş gələcəyə aparan əsas yolun başlanğıcıdır. Ona görə də ordumuza daha parlaq və böyük qələbələr arzulamaqla hər birimiz dövlətin, ordunun bu addımlarını alqışlamalıyıq. İnanırıq ki, Ordumuzun bu qələbəsi xalqımızı Qarabağa, Şuşaya, Laçına, Kəlbəcərə, Cıdır düzünə, İstisuya aparacaqdır”.

 

“Naxçıvanın azad edilmiş Günnüt kəndinə elə həmin yerlərin azadlığı uğrunda şəhid olmuş Adil Tatarovun adının verilməsini təklif edirəm. Ümidvaram ki, bu, şəhidimizin adının əbədiləşdirilməsi üçün ən yüksək dəyər olar”,- deyə  millət vəkili qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!