Modern.az

Aprel şəhidi haqqında film çəkilir

Aprel şəhidi haqqında film çəkilir

20 İyun 2018, 11:34

2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəhid olan Ravil Novruzovun həyat və döyüş yolundan bəhs edən film çəkilir.

 

Modern.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəsi Şurasının maliyyə dəstəyi ilə “Regional Medianın İnkişafına Yardım” İctimai Bilriyinin “Aprel döyüşlərində şəhid olan Ravil Novruzovun xatirəsinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində ərsəyə gələcək filmin iyul ayında təqdimatı nəzərdə tutulub.

 

Filmin rejissoru Dəyanət Rzayev, prodüseri Vəli Turan,  ssenari müəllifi Coşğun Beydullayev, quruluşçu operatoru Elmar Nəbiyevdir. Filmin çəkilişləri şəhidin doğulduğu Xızı rayonunda həyata keçirilir. Filmdə şəhdin R. Novruzovun obrazını gənc aktyor Rəşad Əliyarov  canlandırır.  

“Gerçək olan arzu” adlı 30 dəqiqəlik ekran işinin “ARB Media Qrupa” daxil olan “ARB Günəş”-də yayımlanması nəzərdə tutulub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!