Modern.az

Yol polisi deputatların iddiaları ilə razılaşmadı

Yol polisi deputatların iddiaları ilə razılaşmadı

Aktual

21 İyun 2018, 12:26

“İndiyə qədər yol polisinin deputatı saxlayıb inzibati məsuliyyətə cəlb etməsi ilə bağlı  məlumat daxil olmayıb”.

 

Bu sözləri Modern.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev deyib. O bildirib ki, belə hal olduqda BDYP-yə rəsmi məlumat verilməlidir. 

 

“Əgər belə bir hal varsa, yol polisi deputatı saxlayıb inzibati məsuliyyyətə cəlb edirsə, bununla bağlı bizə mürəciət etsinlər.  Biz faktı araşdıraq və məsələyə hüquqi qiymət verək”.

R.Quliyev deyib ki, yol polisi kimlərin toxunulmazlığının olması ilə bağlı məlumatlıdır.

 

Xatırladaq ki, Milli Məclisin deputatı Tahir Kərimli Modern.az-a açıqlamasında yol polisinin deputatın toxunulmazlığına əhəmiyyət vermədiyini deyib.

 

T.Kərimli qeyd edib ki, deputatdan qat-qat aşağı səlahiyyətli nümayəndələr var ki, məsələn, icra hakimiyyətlərinin nümayəndələri yol polisin qarşısından saatda 100 km sürətlə də keçsə, ona “çest” verirlər. 


“Halbuki, onların heç birinin toxunulmazlıq statusu yoxdur. Amma deputatın, hakimin belə bir statusu olsa da, hörmət göstərilmir. Niyə?

Çünki deputatın əlində elə bir səlahiyyət yoxdur ki, kimisə işə götürsün. Ona görə də bəziləri deputatı sanki bilərəkdən aşağılayırlar. Bəzi ölkələrdə Dövlət Yol Polisi İdarəsi ləğv edilib. Ancaq bizdə mentaliteti nəzərə alaraq, mən bu qurumun ləğvinin tərəfdarı deyiləm. Onlar olmasa yol-hərəkəti qaydaları daha çox pozular. Çünki biz qaydanı pozmağa öyrənmişik”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!