Modern.az

Türkiyə hərbçiləri axtarışda olan PKK-çını yaralı ələ keçirdi

Türkiyə hərbçiləri axtarışda olan PKK-çını yaralı ələ keçirdi

12 İyul 2018, 01:08

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcılarının Şırnak vilayətinin Beytüşşebap rayonunda zərərsizləşdirdiyi terrorçulardan biri PKK terror təşkilatına məxsus axtarışda olan şəxsdir. Modern.az xəbər verir ki, terror aktı hazırladıqları halda pilotsuz aparatlar tərəfindən təsbit edilərək bombalanaraq zərərsizləşdirilən terrorçulardan ikisi ölü, biri yaralı halda ələ keçirilib.

Araşdırma zamanı müəyyən olunub ki, yaralı terrorçu "Mehmet Goyi" ləqəbli Kadri Bayramdır. O, bir sıra cinayətlərdə iştirak etdiyi üçün axtarışda olub.

 

Antiterror əməliyyatı aparılan ərazidə terrorçulara məxsus silah-sursat və digər ləvazimatlar ələ keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!