Modern.az

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda diqqətli olun

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda diqqətli olun

Aktual

18 İyul 2018, 11:14

Bir sıra yollarda təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 14-70-ci km-lik hissəsində, həmçinin Dövlət Bayrağı Meydanından Lökbatan dairəsinədək olan ərazidə bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

 

Bundan başqa, Bakı şəhərində təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Maştağa-Nardaran-Bilgəh avtomobil yolunda üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir