Modern.az

Ərəb Dövlətləri Liqasından Azərbaycana böyük dəstək

Ərəb Dövlətləri Liqasından Azərbaycana böyük dəstək

Təhsil

19 Sentyabr 2011, 17:47


Ərəb Dövlətləri Liqasının 13-15 sentyabr 2011-ci il tarixlərində keçirilmiş xarici işlər nazirlərinin 136-cı Şurasının iclasının gündəliyinə Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə namizədliyinin ərəb dövlətləri tərəfindən dəstəklənməsi üçün bənd daxil edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

“Ərəb Dövlətləri Liqasının xarici işlər nazirlərinin 136-cı Şurasının iclasında ərəb dövlətləri tərəfindən Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəklənməsinə dair qərar qəbul edilib.
Bu qərar Azərbaycanın ərəb dünyası ilə əlaqələrinin yüksək səviyyədə inkişaf etməsinin göstəricisidir”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır