Modern.az

“BakuBus” avtobuslarının gecikmə səbəbi məlum oldu

“BakuBus” avtobuslarının gecikmə səbəbi məlum oldu

Aktual

20 İyul 2018, 16:14
"BakuBus"istifadəsində olan marşrutlarda bəzi hallarda avtobusların gecikməsinə aydınlıq gətirib.
 
Modern.az-ın məlumatına görə, "BakuBus" MMC-nin direktor müavini AzərQasımov bildirib ki, bu problem qalmaqdadır:
 
"Bu prosesdə avtobus sürücüləri günahkar deyil. Problem şəhərin bəzi küçələrindəki tıxaclardır. Tıxaclarda avtobuslar yubanır və nəticədə intervallarda gecikmələr baş verir. Bəzi hallarda isə avtobus dayanacaqlarında taksi sürücülərinin dayanması avtobusların dayanacaqlarına mane olur. Bu proses də sonda dayanacaqlararası intervallarda gecikməyə səbəb olur".
 
A. Qasımov bildirib ki, bu problemlərin aradan qaldırılması üçün Bakı Nəqliyyat Agentliyi tədbirlər görür.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü