Modern.az

Kabil aeroportunda partlayış: 16 ölü, 50 yaralı

Kabil aeroportunda partlayış: 16 ölü, 50 yaralı

22 İyul 2018, 20:33

Bu gün Kabil aeroportunda terrorçu kamikadzenin törətdiyi partlayış nəticəsində ən azı 16 nəfər ölüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 50 nəfər yaralanıb.

 

Qeyd edək ki, bu gün bir il əvvəl ölkəni tərk etmiş Əfqanıstan vitse-prezidenti Rəşid Dustum Türkiyədən Əfqanıstana qayıdıb. Partlayış da R. Dustum zirehli maşınla aeroportu tərk etdikdən sonra onun tərəfdarları arasında törədilib.

 

Hələ partlayışa görə heç bir terrorçu qrup məsuliyyəti öz üzərinə götürməyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!