Modern.az

Münxen aeroportunda bir sərnişinə görə 330 reys təxirə salındı

Münxen aeroportunda bir sərnişinə görə 330 reys təxirə salındı

Dünya

29 İyul 2018, 20:46

Münxen aeroportunda bir sərnişinə görə terminallardan biri bağlanıb, nəticədə 330-a yaxın reys təxirə salınıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, sərnişinlərdən biri lazımi yoxlamadan keçməyərək təhlükəsizlik zonasına daxil olub. Təhlükəsizlik xidməti buna reaksiya verməyib.

 

Cənubi Bavariyanın aviasiya qurumu bu barədə məlumat əldə edən kimi polis çağırıb, terminal boşaldılıb və yeddi saat bağlı qalıb. Bu hadisəyə görə təxminən 700 sərnişin aeroportda gecələyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir