Modern.az

Bakıda intihara cəhd tıxaca səbəb oldu - FOTO

Bakıda intihara cəhd tıxaca səbəb oldu - FOTO

30 İyul 2018, 09:08

Hazırda Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac var. 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyi mətbuat katibi Mais Ağayev bildirib.

O qeyd edib ki, tıxac əsasən Heydər Əliyev prosketinin Atəşgah dairəsindən Böyük Şor qovşağı da daxil olmaqla hisssində müşahidə edilir:


“Tıxacın yaranmasına səbəb bir nəfər şəxsin intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxmasıdır”.

“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-dən Modern.az-a verilən məlumata görə, hazırda eyni zamanda aşağıdakı istiqamətlərdə tıxac müşahidə edilir:

 

1. Aeroport şossesi (Şəhər istiqaməti, Sabunçu körpüsünün yanı)
2.Yusif Səfərov küçəsi (Neftçilər kliniksının qarşısı)
3.Üzeyir Hacıbəyov küçəsi (Cavanşir körpüsü)
4.Heydər Əliyev prospekti (Mərkəz istiqaməti)



Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi