Modern.az

ABŞ Federal Məhkəməsi Tramp əleyhinə qərar çıxardı

ABŞ Federal Məhkəməsi Tramp əleyhinə qərar çıxardı

Dünya

4 Avqust 2018, 17:16

ABŞ Federal Məhkəməsi ABŞ prezidenti Donald Trampın administrasiyasına DACA proqramını bərpa etməyi hökm edib.

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, məhkəmə prezident administrasiyasından gənc immiqrantları qoruyan proqramı tamamilə bərpa etməyi tələb edib.

Bu hökm həmçinin proqrama yeni təqdim edilmiş yeni müraciətlərin də qəbul edilməsini özündə cəmləyir.

Hökumətin bu qərarı apelyasiyaya vermək üçün avqustun 23-nə kimi zamanı var.

Qeyd edək ki, 2012-ci ildə hazırlanmış DACA proqramı əsasən 700 min nəfər gəncə ABŞ-da iki illiyinə qalmaq şansı verir. Proqram bu gəncləri nəinki deportasiyadan qoruyur, həmçinin onlara bu müddət ərzində işləmək hüququ verir. Müddət bitdikdən sonra isə onlar yenidən müraciət edə bilərlər.

 

Əvəz ZEYNALOV

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!