Modern.az

Hafiz Hacıyev də qurultaya HAZIRLAŞIR

Hafiz Hacıyev də qurultaya HAZIRLAŞIR

Aktual

8 Avqust 2018, 08:27

Bu il Müasir Müsavat Partiyasının qurultayı keçiriləcək.

 

Bu barədə partiyanın sədri  Hafiz Hacıyev Modern.az saytına açıqlama verib.  O bildirib ki, hazırda bununla bağlı işlər  görülür:

 

“Partiyamızın qurultayı ilin sonu üçün nəzərdə tutulub. Hər halda sentyabrdan başlayaraq biz mitinqlərin keçirilməsi ilə əlaqəli təşkilat komitəsinə göstəriş vermişik.  Sentyabrdan çox güclü şəkildə  fəaliyyətimizi intensivləşdirəcəyik”.

H.Hacıyevin sözlərinə görə, qurultayla bağlı qərar verilsə də hələ ki  qurultaya hazırlıq  üzrə təşkilat komitəsi yaradılmayıb:

 

“Komitənin sentyabrda yaradılmasını nəzərdə tutmuşuq.  Yalnız bu yolla ilin sonuna kimi qurultayın  keçirilməsi təmin edilə bilər”.

 

Qeyd edək ki,  bu il Müasir Müsavat Partiyası ilə yanaşı, Klassik Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasının  da qurultayı keçiriləcək. Lakin hər üç partiyanın qurultay tarixi  məlum deyil.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!