Modern.az

Azərbaycan xanımlarına ABŞ səfirliyinin dəstək verdiyi proqramla bağlı ÇAĞIRIŞ

Azərbaycan xanımlarına ABŞ səfirliyinin dəstək verdiyi proqramla bağlı ÇAĞIRIŞ

Aktual

9 Avqust 2018, 08:58

“WoWoman Azerbaijan” platforması  ikinci dəfə "WoWoman in Me" proqramını həyata keçirəcək. Proqram ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutacaq.

 

Bu barədə “WoWoman Azerbaijan” platformasının  baş icraçı direktoru Arzu Ağazamanova  Modern.az  saytına məlumat verib:

 

“Bu, xanımlara gündəlik həyatları və peşəkar karyeralarına sahibkarsayağı yanaşma tərzi ilə aktiv lider olmağı öyrədəcək. Bu baxımdan lazım olan güvən, mühit və real imkanları təmin etmək üçün təşkil olunmuş xüsusi proqramdır. Proqram 10 sessiyadan ibarətdir. Hər sessiya həftəsonları  (Şənbə günləri 17:00-20:00, Bazar günləri 11:00-14:00) 3 saatlıq müddətə nəzərdə tutulur.  O cümlədən  proqram boyu  25 mentor  olacaq. Aparıcı yerli peşəkarlar 3 aylıq fərdi mentorluq müddətində məqsədlərinizə çatmaqda yardım etmək üçün öz zaman və enerjilərini sizlərə həsr edəcəklər. Fərdi proqram sonrası mentorluq fəaliyyətiniz və sizə gərəkən dəstəyi müzakirə etmək üçün mentorunuzla şəxsən və ya onlayn şəkildə görüş daxildir.

 

Nəhayət noyabr ayının əvvəli qabaqcıl yerli və beynəlxalq spikerlərin iştirakı ilə 300 nəfər qonaqdan ibarət möhtəşəm bağlanış konfransı baş tutacaq”.

Arzu Ağazamanova qeyd edib ki, proqram boyu iştirakçıları  interaktiv sessiyalar gözləyir:

 

“Klassik məktəbsayağı mühazirələr gözləməyin, daima hərəkət olacaq, öz daxilinizə qərq olacaq və hər addımınızda böyüyəcəksiniz. Hər sessiya sonrası bir həftə boyunca yerinə yetirilməsi gərəkən fərdi və ya komanda tapşırıqları və öhdəliklər veriləcək. Həmfikirlərinizlə tanış olacaq, qabaqcıl yerli peşəkarlar tərəfindən mentor olunacaq və rəqs dərsləri və digər fəaliyyətlər daxil olmaqla bolluca əylənəcəksiniz. Bu,  5 həftəlik intensiv proqramdır. Daha yaxşı nəticələr əldə etmək üçün bütün dərslərdə iştirak tələb olunur”.

 

Müsahibimiz bildirib ki, tərəfdaşların dəstəyi sayəsində bu proqram ödənişsizdir:

 

“Proqram tələbələr  və ya peşəkar karyeralarının erkən pillələrində olanlar üçündür. Burda iştirak edənlərin  ingilis dili səviyyəsi ən azı “Intermediate” olmalı, o cümlədən  öyrənmək, inkişaf etmək və təcrübələrini paylaşmağa hazır  olmalıdırlar. Azərbaycanın bölgələrindən seçilmiş 10 xanım üçün Bakıya yol xərci ödəniləcək. 10 dərsin hər birində, bağlanış konfransında və 3 aylıq mentorluqda  iştirak vacibdir.  Eyni zamanda həftə ərzində verilən qrup və ya fərdi tapşırıqları yerinə yetirmək lazımdır. Qeydiyyat formu 13 avqustadək açıqdır. İştirakçıları qeydiyyat ərəfəsində seçəcəyik. Bu o deməkdir ki, nə qədər tez bir vaxtda qeydiyyatdan keçsələr, bir o qədər şansları artacaq. Nəticələr 13 avqustdan sonra açıqlanacaq”.

 

A. Ağazamanova həmçinin vurğulayıb ki,  il ərzində 3000-ə yaxın xanım “WoWoman Azerbaijan” platformasının tədbirlərində, kurslarında, proqramlarında iştirak edir:

 

“ Hazırda 25 mindən çox xanım üzvümüz var. Tədbirlərimizdə üstünlüyü qadınlara versək də,  kişilərə də bir çox tədbirlərimizdə qapımız açıqdır”

 

Qeydiyyat linki : //wowoman.org/wowomaninme2

 

Hər hansı bir sualınız olsa bu nömrə ilə əlaqə saxlaya bilərsiniz : Gültən Əsgərli +994707082268

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək