Modern.az

NATO baş katibi: “Çernoqoriyanı mən sakitləşdirdim”

NATO baş katibi: “Çernoqoriyanı mən sakitləşdirdim”

Dünya

17 Sentyabr 2018, 14:45

NATO-nun baş katibi Yens Stoltenberq ABŞ prezidenti Donald Trampın Çernoqoriya haqda bəyanatından sonra üzvləri sakitləşdirdiyini bildirib.

 

Modern.az xəbər verir ki,  nəşrinə müsahibə verən baş katib işinin üzv ölkələri sakitləşdirmək, onları bir arada tutmaq olduğunu söyləyib.

 

Xatırladaq ki, Tramp NATO-nun üzvü Çernoqoriyanın çox aqressiv olduğunu diqqətə çəkərək, ABŞ-ın belə kiçik müttəfiqlərini təhlükə anında qoruyucağını şübhə altına alıb.

 

“Bilirsiniz Çernoqoriya çox güclü insanları olan cırtdan ölkədir. Onlar çox aqressiv insanlardır. Onlar elə aqressiv olurlar ki... Budur sizi təbrik edirəm siz üçüncü dünya müharibəsindəsiniz” – “Fox News” kanalına müsahibəsi zamanı Tramp belə bildirmişdi.

 

Bütün bunlardan sonra Çernoqoriyanı sakitləşdirdiyini söyləyən Stoltenberq ABŞ prezidenti ilə bu barədə danışmadığını boynuna alıb.

 

“Bəli, mən Çernoqoriyanı sakitləşdirdim. Və mən həmçinin bilirəm ki, Birləşmiş Ştatlar NATO-nun 5-ci maddəsinə və birgə müdafiəyə sadiq olduqlarını dəqiq ifadə ediblər” – baş katib bildirib.

 

Jurnalistin “əgər Trampla danışmamısınızsa o zaman Çernoqoriyanı necə sakitləşdirmisiniz” sualına isə Stoltenberq belə cavab verib:

 

“Tramp Alyansa sadiqdir. Bu onun administrasiyasının bəyanatında bildirilir. Bu ABŞ-ın son zamanlar Avropadakı iştirakını gücləndirməsi ilə də təsdiq olunur. Beləliklə görülən işlər sözlərdən daha çox şey göstərir”.

 

Bundan əlavə 5-ci maddənin Türkiyə məsələsində də istifadə olunması məsələsinə də münasibət bildirən baş katib alyansda belə mexanizmin olmadığını bildirib.

 

“Biz hərbi birliyik, siyasi deyil. Üzvlərdə fikir ayrılığı ola bilər. Onlar müzakirələr yolu ilə həll olunmalıdır” – Stoltenberq qeyd edib.

 

Qeyd edək ki, NATO rəhbəri Türkiyənin çox vacib müttəfiq olduğunu ifadə edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi