Modern.az

Azərbaycanda axtarışda olan 25 nəfər saxlanıldı

Azərbaycanda axtarışda olan 25 nəfər saxlanıldı

Aktual

24 Sentyabr 2018, 09:07

Daxili İşlər Nazirliyi sentyabrın 22-dən 24-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb. 


DİN-dən Modern.az-a bildirilib ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 181 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.


Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.  

         
Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

         
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb. 

         
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

         
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb. 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü