Modern.az

Əfqanıstanda terror: 13 ölü

Əfqanıstanda terror: 13 ölü

Aktual

2 Oktyabr 2018, 15:15

Əfqanıstanda seçki qabağı terror hadisəsi baş verib.

 

Modern.az “Pajvak” agentliyinə istinadən xəbər verir ki, namizəd siyasətçi Nəsir Mohmondun ofisində baş verən partlayış nəticəsində 13 nəfər həyatını itirib, 40 nəfər isə yaralanıb.

 

Hadisə ölkənin şərqindəki Nanqarxar vilayətində “Volesi Cirqa”-ya (Parlamentin aşağı palatası) namizədin ofisinə terrorçu kamikadzenin hücumu nəticəsində baş verib.

 

Hələ ki, ölkə ərazisində fəaliyyət göstərən terrorçu qruplaşmalardan heç kim məsuliyyəti boynuna götürməyib.

 

Xatırladaq ki, Əfqanıstanda “Taliban” tərəfdarları ilə hökumət qüvvələri arasında mübarizə davam edir. Son məlumatlara görə qruplaşma ölkənin 50 faizinə nəzarət edir.

 

Qeyd edək ki, oktyabrın 20-nə Əfqanıstanda, artıq iki ildir ki, təxirə salının Parlament seçkilərinin keçirilməsi planlaşdırılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi