Modern.az

Ermənistanın müdafiə naziri Naxçıvanla sərhədə gəldi

Ermənistanın müdafiə naziri Naxçıvanla sərhədə gəldi

Dünya

6 Oktyabr 2018, 00:42

Ermənistanın müdafiə naziri David Tonoyan Baş Qəraragah rəisi general-leytenant Artak Davtyanla birlikdə Naxçıvan istiqamətində yerləşən hərbi hissələrdən birinə gəlib. Modern.az Virtualaz.org-a xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan "Facebook" səhifəsində yazıb.

 

"Onlar müxtəlif sektorlarda atəşkəsin saxlanılmasını izləyiblər", - deyə Ovannisyan qeyd edib.

 

Qeyd edək ki, həmin gün Tonoyan işğal altında olan Qarabağa da gəlmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!