Modern.az

Tramp Putini qətl və zəhərləmə göstərişləri verməkdə təqsirli bildi 

Tramp Putini qətl və zəhərləmə göstərişləri verməkdə təqsirli bildi 

Dünya

15 Oktyabr 2018, 09:44

ABŞ-ın CBC telekanalının reportyoru Lesli Ştal prezident Trampa Putinlə bağlı kəskin sual verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalistin “Putin qətl və zəhərlənmələrlə əlaqəlidir” sualına Tramp “yəqin ki” cavabını verib.

 

Tramp Putinlə şəxsi ünsiyyəti zamanı çox sərt olduğunu da vurğulayıb:

“Bizim onunla görüşümüz oldu. Çox çətin görüş olsa da, həm də yaxşı görüş idi. Putinə qarşı sərt olmamışam? Məhz mən Ukraynaya hücum silahları və tank əleyhinə vasitələr ayırmışam. Halbuki, Obama dövründə Ukraynanın bir hissəsi Rusiyaya verildi”.

 

Putinin qətl və zəhərlənmələrə dair göstərişlər verdiyi iddiası ilə razılaşan Tramp rusların belə addımlar atmamalı olduğunu da deyib.

Trampın fikrincə, hazırda ABŞ üçün ən böyük təhlükə Çinin yürütdüyü siyasətdir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!