Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Jalə Alməmmədovanın idarə etdiyi “Toyoto Prado” markalı avtomobil saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, Azərbaycan vətəndaşına məxsus nəqliyyat vasitəsinə gömrük baxışı keçirilməzdən öncə, J.Alməmmədova üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.