Modern.az

Orta məktəbi qızıl medalla bitirən məzunlar qəbul imtahanlarından azad olunacaqlar - ÖZƏL

Orta məktəbi qızıl medalla bitirən məzunlar qəbul imtahanlarından azad olunacaqlar - ÖZƏL

3 Dekabr 2018, 15:18

Orta məktəbi qızıl medalla bitirən məzunlar ali məktəblərə qəbul imtahanlarından azad olunacaqlar.

Modern.az-ın əldə etdiyi məlumata görə, bu barədə Milli Məclisdə hazırlanan yeni “Ümumi təhsil haqqında” qanun layihəsində qeyd edilib.

Belə ki, qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsilin təşkili) qeyd edilib ki, orta təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunacaqlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!