Modern.az

Elçin Əlibəylinin apardığı veriliş bağlandı

Elçin Əlibəylinin apardığı veriliş bağlandı

Aktual

9 Dekabr 2018, 13:47

Elçin Əlibəylinin aparıcısı olduğu "Sehrli ilmələr" verilişi həmişəki vaxtda, şənbə günü saat 12:00-da yayımlanmayıb.

 

Modern.az xəbər verir ki, metbuat.az bununla bağlı Elçin Əlibəyli ilə əlaqə saxlayıb və o xəbəri təsdiqləyib, amma əsas səbəbi açıqlamayıb.

Açıqlama vermək səlahiyyətində olmadığını deyən aparıcı səbəbi Space TV- və layihənin sahibi "Azərxalça" ASC-nin daha dəqiq bildiyini söyləyib.

 

Space TV-nin icraçı direktoru Kamil Şahverdiyev isə qeyd edib ki, layihə 1 aylıq nəzərdə tutulduğu üçün dayanıb.


O, həmçinin bildirib ki, 2019-cu ildə layihə yenidən davam edə bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?