Ermənistanın 3-cü prezident Serj Sarkisyan dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkilərində ilk dəfədən səs verə bilməyib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Sarkisyan seçki məntəqəsində texniki problemlə üzləşib. Belə ki, identifikasiya cihazı keçmiş prezidentin barmaq izlərini tanımayıb. Eyni problemlə eks-prezidentin həyat yoldaşı Rita Sarkisyan da üzləşib.
Onlar yalnız ikinci cəhddən sonra səs verə biliblər.
Serj Sarkisyan seçki məıntəqəsində olan jurnalistlərin suallarını cavabsız qoyaraq oranı tərk edib.