Modern.az

Tereza Meyi istefaya göndərə bilmədilər  

Tereza Meyi istefaya göndərə bilmədilər   

Aktual

13 Dekabr 2018, 08:41

Böyük Britaniyanın Baş naziri və Mühafizəkarlar partiyasının lideri Tereza Meyə etimad səsverməsi keçirilib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı ("Brexit") etimad məsələsinə dair səsvermədə Tereza Meyin Baş nazir postunda qalacağı dəqiqləşib. Tereza Meyin lehinə 200, əleyhinə isə 117 nəfər səs verib.

Beləliklə, Tereza Mey etimad səsverməsində qalib gələrək, Baş nazir vəzifəsinin icrasını davam etdirmək hüququ qazanıb.

Tereza Mey Britaniyanın Avropa İttifaqında çıxması ilə bağlı zun müddətdir danışıqlar aparır.

Baş nazirə qarşı çxıan partiya üzvləri onun ölkənin Avropa İttifaqından çıxması və ya "Brexit"prosesinə liderlik etməyə layiq olmadığını deyirdilər.

2016-ci ildə Britaniyanın Avropa İttifaqından çıxması nəticəsi ilə başa çatmış referendumdan az sonra baş nazir olmuş Tereza Mey Brüssellə apardığı danışıqlarda “yumşaq” mövqeyinə görə tənqid olunur. O, "Brexit" prosesini işə salacağını vəd etsə də, bildirir ki, ölkə Avropa İttifaqı ilə sıx münasibətlərdə qalmaqda davam edəcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü