Xələf Alı oğlu Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.
Modern.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Xələf Alı oğlu Xələfov 1959 –cu il sentyabrın 21-də Ermənistanda anadan olub.
1977-1982 – ci illərdə Kiyev Dövlət Universitetində təhsil alıb.
1983-1990 - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində bölmə rəisi işləyib. 1990-1991 – ci ildə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik akademiyasında oxuyub.
1991-1992 – ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin 2-ci katibi, 1992 –ci ildə Xarici İşlər Nazirliyinin Müqavilə-hüquq idarəsinin rəisi vəzifəsini icra edən, 1992-1997 – ci illərdə Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi vəzifələrində çalışıb.
1997-ci ildən indiyə kimi xarici işlər nazirinin müavini idi.
Alman, rus dillərini bilir.
Evlidir. İki övlad atasıdır.