Modern.az

Daşqınlar Türkiyənin iki vilayətini cənginə aldı

Daşqınlar Türkiyənin iki vilayətini cənginə aldı

Dünya

16 Dekabr 2018, 23:28

Türkiyənin Muğla vilayətinin Bodrum rayonuna güclü yağış və dolu düşüb. Modern.az xəbər verir ki, Bodrum-Turgutreis şosesi və rayonun Bitez, Ortakənt, Yahşi məhəllələrində daxili yollar su altında qalıb. Minik avtomobillərinin hərəkəti mümkünsüz hala düşüb. Bəzi tikililərin birinci mərtəbəsini və zirzəmiləri su basıb.

 

Antalyanın Konyaaltı rayonunda isə güclü daşqınlar yaranıb. Rayonun Hisarçandır dağlıq bölgəsində iki həkimin köməksiz vəziyyətdə qaldığı bildirilir. Bölgəyə xilasedici dəstələr göndərilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?