Modern.az

Şahmat üzrə Azərbaycan çempionatının III turu yekunlaşdı

Şahmat üzrə Azərbaycan çempionatının III turu yekunlaşdı

Aktual

19 Yanvar 2019, 01:01

Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının üçüncü turunun oyunları yekunlaşıb. AzEdu.az xəbər verir ki, üç turun nəticəsinə görə Fərid Zeynalov, Ülvi Bacarani və İsmayıl Şahəliyev 2,5 xalla turnir cədvəlində ilk üç yerə sahib olublar.

İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət ölkə çempionatında beynəlxalq qrossmeysterlər, idman ustaları, dünya və Avropa çempionatlarının mükafatçıları, 16, 18 və 20 yaşlılar arasında ölkə çempionları, ötənilki Azərbaycan birinciliyinin üç mükafatçısı, 2018-ci ildə birinci dəstənin iki qalibi və bu il yanvarın 1-nə əmsalı 2300-dən yuxarı olan şahmatçılar mübarizə aparırlar.

Yarış yanvarın 24-də başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü